Haqqımızda
Rezervasiyanı daha sadə, şəffaf və rahat edirik.
reserv.az sahibkarları və müştəriləri birləşdirən texnologiya platformasıdır. Məqsədimiz obyektlərin daha peşəkar təqdim olunması, rezervasiya prosesinin isə daha aydın və idarəolunan olmasıdır.
reserv.az nə edir?
Platforma sahibkarlara obyektlərini onlayn təqdim etmək, rezervasiya sorğularını qəbul etmək, təqvim, ödəniş və tarixçə məlumatlarını bir paneldən izləmək imkanı yaradır.
Rezervasiya idarəetməsi
Tarixlər, statuslar və müştəri məlumatları bir paneldə toplanır.
Maliyyə şəffaflığı
Avans, komissiya, köçürmə və gəlişdə alınacaq məbləğlər aydın görünür.
Daha peşəkar təqdimat
Obyekt səhifəsi şəkillər, imkanlar, xəritə və qaydalarla tamamlanır.